Sarxan adlı istifadəçi, Fevral 10, 2008 tarixində, saat 02:27 yazıb:
Allah Eynşteynə rəhmət eləsin! Doğrudan da, insan axmaqlığı hüdudsuzdur. Bu yazı da onun bir nümunəsidir. Ciddi bir elmi problemi iki yayğın “nədən”ə və hansısa “qaqaşlar”a istinadla belə kökə salmağın başqa adı yoxdur. Bu yerdə şərhlərin birində Aydın Xana verilmiş sualı müəllifə ünvanlamaqdan özgə yol qalmır: “Eyvaz, sən dolamısan camaatı?”
Sanki bu insan nə danışdığının və yazdığının fərqində deyil. O qədər ki, hətta Sədinin və Şəmsin 12-ci yox, 13-cü əsrdə yaşamağı da onun üçün əhəmiyyətsizdir. Hələ “Şəms Təbrizlə Rum mollası”, “Cəlaləddin Qunəvi”, “gündoğar (İşraqilər) sülaləsi”, “hermenotik baxış” və s. nə deməkdir? Gündoğar ölkəsi Yaponiyaya deyirlər, işraqiliyin isə “gündoğar” şəklində verilməsi gülməlidir. Şəmsi Nizamiyə və Sədiyə, Nəsimini Füzuliyə, Şərqi də Qərbə qarşı qoymaqla bu adam aləmi bir-birinə qatıb. Bir budaqda oturub minini silkələmək buna deyirlər. Bu insan deyəsən, Cənubludur, bəs niyə o boyda Nəbatini yadından çıxarıb? O ki qaldı Nəsimiyə, onun hürufiliyini şübhə altına almağa çalışmaq yersizdir və bunun rus kommunizminə heç bir dəxli yoxdur. Üstəlik Nəsimi də Bayəzid və Həllac kimi Şəmsin qəbul etmədiyi zümrəyə mənsubdur. Nə isə, bunlar uzun söhbətlərdir…
Bir şey soruşum:
Hörmətli admin, siz heç olmasa yazıları oxuyub redaktə (ən azı korrektə) edirsiz, ya kim nə yazdı, necə yazdı sayta qoyursuz?!
Eyvaz bəy, sizinlə növbəti dəfə bu mövzuda görüşürük. Yazınızın sərlövhəsini görəndə belə bir tezisi xatırladım: Elmi əsərdə önəmli olan girişdə qoyulmuş sual və nəticədə varılmış cavabdır. Bu cavaba müxtəlif arqumentlərlə müxtəlif yollardan keçərək gəlmək olar. Mənə bir elmi əsərdə sualı düzgün qoymağı və cavabı düzgün verməyə tövsiyə edən gələnəyimlə razılaşsaq, sizin qoyduğunuz sual və verdiyiniz cavab C.Rumidə böyük modern və postmodern elementlərin gizlənmiş olmasıdır. Ki, sözünüzə qüvvət, Mövlanə Ruminin bir cümləsini gətirmək istəyirəm: “yenini qurmaq üçün köhnəni dağıtmaq lazımdır, necə ki, taxıl üyüdülməsə, çörək bişirilməz.”
Mövlanəyə Qərbin bir sıra postmodern nəzəriyyəçiləri istinad edir.
Berman M., All That is Solid Mets into Air. New York, 1982 - kitabı. Orada K.Marksın “müasir olmaq bütün əsasların havaya uçduğu bir dünyanın hissəsi olmaq deməkdir” cümləsi üzərinə qurulmuş şərh başdan-başa Rumi estetikasıdır. Rumidə postmodernizm elementlərinin aşkarlanması oxucuları bəzən çaşdırır, çünki onlar birrəng - radikal, soyuq Qərb 1960-cı illəri postmodernizmilə tanışdırlar. 70-ci illərdə postmodernizm ikinci mərhələyə - humanist postmodernizm mərhələsinə keçib ki, Rumi məhz ikinci mərhələ postmodernizmə həmahəngdir. Sonda adətim üzrə, U.Ecodan sitat gətirmədən keçə bilmirəm: “Postmodernizm dəqiq çəçivələnmiş xronoloji sərhədləri olan hadisə deyil, hər dövrün öz postmodernizmi var.”
Eco bu fikrini belə davam etdirir: “Postmodernizmi getdikcə uzaq keçmişə, qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız XX əsrin ikinci yarısının yazar və sənətkarlarına şamil olunurdu, getdikcə XX əsrin əvvəllərinə keçdi; sonra daha da dərinə getdi; dayanacaq nöqtə görünmür və tezliklə Postmodernizm kateqoriyası Homeri də özünə hopduracaq.” (Eco U. Postscript to The Name of the Rose. New York: Harcourt, 1985) Sağ olun.
seadet adlı istifadəçi, Fevral 21, 2008 tarixində, saat 22:29 yazıb: Şərhiniz yoxlandıqdan sonra sayta yerləşdiriləcək.
Seadət Ismayılqızı
Güneyli yazıçı və mütəfəkkir Eyvaz Tahanın “GÜNDOĞAR ÖLKƏSİ: ŞƏMS VƏ MÖVLANA” başlıqlı kiçik məqaləsi son vaxtlar oxuduəum ən gözəl materiallardan biridir. Eyavz müəllim xırdaca yazılarında dolğun məzmunları oxucu təbəqəsinə çatdərmağı bacarır, bunu Cahan jurnalında görmüşük. Lakin sözümün canı bunda deyil, digər mövzudur:
Tutalım Sərxan kimi səslənən adın daldasında gizlənmiş bir adam qapı-qapı düşür, hamını axmaq adlandırır. Bununla da, özünün intelektual olduğunu sübüt etmək istəyir, eyni halda unudur ki həmin əməlin özü axmaqlıq nişanəsidir. Sözü uzatmaq istəmirəm, cənublu-şimallı Azərbaycan cəmiyyətinidə yaxşıca tannımış filosof E.Tahanın Mevlana və Şəmsi Təbrizə həsr etdiyi materialda, “Qunəvi”, “Rum mollası” və “Gündoğar” kimi terminlərdən istifadə etməsi Sərxan adlı birisini hiddətləndirib. Halbuki əsərlərinin böyük hissəsini Ərəb və Fars dillərində yazmış və Mevlana adı ilə tanınmış şair tarixi mənbələrdə “Cəlaləddin Qunəvi” (Konyalı), “Mollaye rum” (Rum mollası) və s. Ləqəbləri ilə yad edilir. “Gündoğar” sözü də “işraq” sözünün dəqiq tərcüməsidir (Japonya “Gündğar” deyil “Əbədi günəş ölkəsi” adlanır) . Mən bilmirəm Azərrbaycan dilindən başqa bir dili öyrənməyən, Mevlanın əsərlərindən beşcə sətir belə orijinal dildə oxumayan Sərxan heç olmasa niyə bir lüğətə baş vurmayəb bununla da əzünü komik vəziyyətə salıb. O ki, qaldı Nəsimi ilə Füzulinin müqayisəsinə mən füzulinin sevdiyimdən E.Tahanın baxışı ilə razılaşmıram, Füzuli Nəsimidən daha böyük şairdir, eyni halda anlayıram ki, yeni bir söz deyilib: “Füzuli dildə yüksəliş mərhələmizin zirvəsidirsə, irfanda enişimizin başlanğıcıdir.” Əgər biz xürafatdan qaçmaq istəyiriksə Sovet məkanında tarixi şəxsiyyətlərə ayrılmış statusu da silkələməkdə haqlıyıq. E.Taha da səhv edə bilər amma maqlədən görünür Şəms dünyasına geniş əhatəsi vardır. Bunu üçün onun mümkün səhvini üzə çıxarmağa onunkundan daha güclü argument lazimdir. Söyüş yağdırmaq düşüncəsiz lovğaların işidir.
















