Müqayisəli Ədəbiyyat: "Ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər"
Bu konfransda Eyvaz Taha da iştirak etmişdir.
Lidertv-nin
verdiyi xəbərə görə Bakıda «Müqayisəli ədəbiyyat: ədəbiyyatlarda və
mədəniyyətlərdə stereotiplər» mövzusunda üçüncü beynəlxalq konfrans
keçirilib. Elmi tədbir Bakı Slavyan Universiteti və Müqayisəli
Ədəbiyyatşünaslıq Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. 18
ölkədən 50-dən artıq tədqiqatçının qatıldığı konfransda məruzələr
dinlənilib. Təhsil naziri Misir Mərdanov bildirib ki, bu cür tədbirlər
Azərbaycan elminin dünya elm məkanı ilə inteqrasiyası baxımından əla
fürsət yaradır. Konfras çərçivəsində tələbələr və magistrlər üçün ustad
dərsləri və dəyirmi masalar da təşkil olunub.
Artırmalıyıq ki,
Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat
Assosiasiyası 21-22 noyabr 2008-ci il keçiridiyi Konfransın məqsədi
Qərb və Şərq mütəxəssislərinin millət və mədəniyyət konsepsiyalarına
fərqli və oxşar yanaşma prinsiplərini ortaya çıxarmaq, stereotiplərin
səbəblərini araşdırmaq, konfrans mövzusuna empirik yanaşmadan nəzəri
aspektləri əhatə edən problemləri müzakirə etmək idi.
Hər müzakirə kateqoriyalarında “lehinə” və “əleyhinə” qruplaşması nəzərdə tutulur.
Araşdırma üçün aşağıdakı suallar təklif olunmuşdu:
• Stereotiplər mədəniyyət və ədəbiyyatın məzmununa necə təsir edir?
• Sovet İttifaqı və Yuqoslaviya kimi imperiyaların dağılması mərhələsində stereotiplər necə dəyişdi,
•
Millət məfhumunun məzmunu tarix boyu necə dəyişir? Bu kontekstdə, milli
ədəbiyyat nədir? Biz “başqalarından nə ilə fərqlənirik? Mədəniyyət və
ədəbiyyatlarda “öz” və “özgə” elementləri arasında sərhədlər necə
müəyyən olunur?
• Milli mədəniyyət nədir? Milli mədəniyyət konturlarının meyarları varmı?
• Millətə münasibət: “daxildən” və “zahirdən”.
Bu
konfrasda Eyvaz TAHA "Şeir, gələnək, kələm dolması və güc quruluşları"
başlıqlı məruzə uxumuşdur. Konfransın açılış mərasimində çıxış etmiş
E.Taha qapanış mərasimidən sonra press konfransa da qatılmışdır.